İyulun 12-də Azərbaycanda koronavirusa qarşı 39 minə yaxın vaksin vurulub

İyulun 12-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 564 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 269, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 295 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 4 milyon 108 min 514-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 475 min 180, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 633 min 334 nəfərdir.

ƏvvəlkiAzərbaycanda koronavirus infeksiyasına 69 nəfər yoluxub
NövbətiMetrostansiyalarda havalandırma sistemi yenilənəcək