İsveçin baş naziri: “NATO-ya üzvlüklə bağlı Türkiyə ilə memoranduma sadiq qalırıq”

“NATO-ya üzvlüklə bağlı Türkiyə ilə memoranduma sadiq qalırıq”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsveçin Baş naziri Ulf Kristersson bildirib.

Kristersson deyib ki, Stokholm bu məsələ ilə bağlı Ankara ilə uğurla danışıqlar aparır.

“Ankara ilə danışıqlar prosesində ciddi dəyişikliklərin olduğunu düşünmürəm. İsveç və Finlandiya Madriddə Türkiyə ilə imzalanmış razılaşmalara əsasən öhdəliyi yerinə yetirirlər”, – Baş nazir qeyd edib.

Yanvarın 15-də Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, TBMM-in İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya etməsi üçün bu ölkələrin 130-a yaxın terrorçunu Türkiyəyə ekstradisiya etməsi lazımdır.

Türkiyə liderinin sözlərinə görə, İsveç terror fəaliyyətində iştirak edən 70-dən çox şəxsi ekstradisiya edəcəyinə söz verib.