İstanbulda yaşayış binasında partlayış olub: 3 nəfər ölüb

Türkiyənin İstanbul şəhərində 3 mərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib.

Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, partlayışdan sonra binada yanğın başlayıb, 1 nəfər yaralı vəziyyətdə yanğından xilas edilib.

İstanbul valisi Əli Yerlikaya partlayışdan sonra hadisə yerinə gəlib. Vali partlayış nəticəsində 3 nəfərin həlak olduğunu açıqlayıb.

Qeyd edək ki, partlayışa səbəb binanın üçüncü mərtəbəsində yerləşən mənzildə qaz sızması olub.

Hazırda binadakı yanğın yanğınsöndürənlərin səyləri nəticəsində nəzarətə götürülüb.