İstanbulda PKK terror təşkilatına qarşı əməliyata vertolyotlar da cəlb edildi

İstanbulda PKK terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilir.

Türk.az-ın məlumatına görə, əməliyyata 1000 nəfər polis və 2 vertolyot cəlb edilib. Məlumata görə, əməliyyat daha öncədən təsbit edilmiş ünvanlar üzrə aparılır.

Əməliyyat çərçivəsində saxlanılanların olduğu bildirilir.