İsraildə atışma olub, yaralananlar var

İsrailin Rahat şəhərində atışma baş verib.

Trend-in məlumatına görə, bu barədə polisə istinadən “Times of Israel” qəzeti xəbər yayıb.

Məlumata əsasən, bir neçə silahlı şəhərdəki retoranlardan birinə daxil olaraq insanlara atəş açıblar. İnsident nəticəsində biri ağır olmaqla 5 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Atışmadan sonra hadisəi törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.