İspaniyada torpaq sürüşməsi nəticəsində qatar relsdən çıxdı

Barselona yaxınlığında qatarın relsdən çıxması nəticəsində 1 nəfər ölüb, onlarla şəxs yaralanıb.

Şəhərətrafı və beynəlxalq dəmir yolu şirkəti Rodalies de Catalunya bu barədə şirkətin tvitter mikro bloqunda paylaşım etmişdir.

Rodalies Catalunya sərnişinlərin alternativ nəqliyyat vasitələrindən istifadə etməsini məsləhət görur. Şirkət torpaq sürüşməsi nəticəsində səhər saat 06:15 radələrində qəzanın baş verdiyini təsdiqləyib.

Təxirəsalınmaz təcili yardım xidmətləri qatarda 150 nəfər şəxsin olduğunu xəbər verir.