İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

Bir ay ərzində İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketi ayıracaq.

AZƏRTAC-ın “Ukrinform” a istinadla verdiyi məlumata görə, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes Madriddə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.

“Mən artıq Prezident Zelenskiyə demişəm ki, İspaniya bir ay ərzində 615 milyon avroluq yeni hərbi yardım paketini qəbul edəcək”, – deyə Sançes əlavə edib.

Onun sözlərinə görə, ölkələr arasında 1 milyard avroluq ikitərəfli təhlükəsizlik sazişi çərçivəsində 300 milyon avro silah tədarükünə gedəcək.

“Bu 300 milyon avro ilə yanaşı, 100 milyon avro NATO-nun PURL proqramına gedəcək və bu, Ukrayna Silahlı Qüvvələrinin ehtiyac duyduğu müdafiə sistemlərinin təcili, sürətləndirilmiş satınalmalarını maliyyələşdirmək üçün istifadə olunacaq”, – deyə İspaniyanın Baş naziri bildirib.

Emil Hüseynli

ƏvvəlkiUkrayna ATACMS raketləri ilə Rusiyadakı hərbi obyektləri vurub
NövbətiSomalidə terrorçu qruplaşmanın 11 üzvü öldürülüb