İspaniya iyunun 21-dək yüksək hazırlıq rejimində olacaq

İspaniya iyunun 21-dək sonuncu dəfə yüksək hazırlıq rejimində olacaq.

AZƏRTAC xəbər verir ki, İspaniyanın Baş Naziri Pedro Sançes region rəhbərləri ilə videokonfransda Konqresdən son olaraq altıncı dəfə yüksək hazırlıq vəziyyətinin müddətini uzatmaq barədə xahiş etmək niyyətində olduğunu söyləyib. Təklifdə həmin müddətin iyunun 21-dək uzadılması nəzərdə tutulur.

Beləliklə, koronavirusun yeni növünə qarşı mübarizə məqsədi ilə ölkə üç aydan çox bir müddətdə həyəcan vəziyyətində qalacaq.

İspaniya COVID-19 pandemiyasından ən çox zərər çəkən ölkələrdən biridir. Ölkədə indiyədək koronavirusa 286 mindən çox yoluxma faktı qeydə alınıb, 27 min 125 nəfər isə həyatını itirib.