İsmayıllıda buzlu yolda 7 avtomobil toqquşub, yaralılar var

İsmayıllı rayonunun Basqal qəsəbəsində xəsarətlə nəticələnən zəncirvari avtomobil qəzası olub.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, axşam saatlarında yolun buz bağlaması səbəbindən 7 minik avtomobili – “Mercedes”, “Opel”, “Qazel”, “Ford”, “Toyota Prius”, “Hyundai SantaFe” və “VAZ-2107” markalı minik avtomobilləri bir-birinə çırpılıb, bəzi nəqliyyat vasitələri zərbənin təsirindən yoldan çıxaraq aşıb.

Hadisə zamanı 1968-ci il təvəllüdlü Şükürov Zabil Müqabil oğlu, 1988-ci il təvəllüdlü İsrafilov Mövlud Qiyas oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiÇavuşoğlu Azərbaycana təşəkkür edib: “Dost dar gündə bəlli olur”
NövbətiZəngəzura uzanan Ağbənd-Horadiz dəmiryolu körpüsündə işlər uğurla icra olunur