İslamiada: Azərbaycan 43 medalla 4-cü pilləyə yüksəlib

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 9-cu yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 43-ə yüksəlib.

“Report”un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, medallardan 13-ü qızıl, 15-i gümüş, 15-i bürünc əyarlıdır.

Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 4-cü pilləyə yüksəlib. İlk 3 mövqedə medal əyarında müvafiq olaraq, Türkiyə 169 (60 qızıl, 59 gümüş, 50 bürünc), İran 73 (27 qızıl, 23 gümüş, 23 bürünc) və Özbəkistan 63 (20 qızıl, 17 gümüş, 26 bürünc) medalla qərarlaşıb.

İndiyədək ümumilikdə 56 ölkədən 40-ı medal qazana bilib.

Qeyd edək ki, Azərbaycan yığması medallarını 6 növdə – güləş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (2 qızıl), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), aerobika (1 gümüş), ağırlıqqaldırma (3 bürünc) və para-oxatmada (2 bürünc) əldə edib.

ƏvvəlkiPakistanda ağır yol qəzasında azı 13 nəfər ölüb, yaralananlar var
Növbəti“Beynəlxalq Ordu Oyunları-2022” yarışlarında Azərbaycan ekspozisiyası maraqla izlənilir