İş adamı Maqsud Mahmudova qarşı şok kampaniya – Prezidentə Video Müraciət

AzTimes.az xəbər verir ki, İş adamı Maqsud Mahmudova Vidadi İsgəndərlinin daxildəki “dəstəkçiləri” tərəfindən çirkin kampaniya – Prezidentə Müraciət Müxtəlif qüvvələrin təsiri altında olan bəzi beynəlxalq təşkilatların Azərbaycana qarşı qarayaxma kampaniyası davam etməkdədir.

Hər dəfə Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq tədbirlər ərəfəsində həmin qüvvələrin fəallaşması müşahidə olunur. Sanki bəzi beynəlxalq təşkilatların çörəyi Azərbaycana qarşı böhtan atmaqdan çıxır. Artıq illərdir ki, bu praktikanı yaşayan Azərbaycan üçün belə kampaniyalar ürək bulandırmaqdan başqa bir şey deyil. Azərbaycanlı iş adamı Maqsud Mahmudov, maraqlı faktları açıb. O, Vidadi İsgəndərlini, Orduxanı və erməni maşasına çevrilən digər “sapı özümüzdən olan baltaları” ifşa edib. Maqsud Mahmudov, “Hər bir ölkənin varlığı, rifahı, onun vətəndaşlarının normal və rahat yaşayışı həmin ölkənin iqtisadi inkişaf səviyyəsindən, bu inkişafa və tərəqqiyə zəmin yaradan siyasi idarəetmə sisteminin mükəmməlliyindən, dünyada baş verən qlobal proseslərin fonunda öz xalqının mənafelərinə uyğun siyasət yeritməsindən çox asılıdır” deyə bildirib. O daha sonra, Prezidentin islahatları ərəfəsində, özünə qarşı çirkin kampaniyanın aparılmasından danışıb: “Cənab Prezidentin göstərdiyi kimi, bütün sahələrdə inkişafı göz qabağında olan Azərbaycanın beynəlxalq əlaqələri daha da genişlənmiş, ölkəmiz özünü ləyaqətli və etibarlı tərəfdaş kimi tanıtmış, regional sabitliyə böyük töhfələr vermişdir. Bütün bunların fonunda dövlətimizə kənardan xəyanət edənlər vardır. Cənab Prezidentə müraciət edərək, şəxsimə qarşı olan çirkin kampaniyanın dayandırılmasını xahiş edirəm”. Azərbaycanın Avropada fəaliyyət göstərən təşkilatları sosial şəbəkələrin “qəhrəmanları” ilə mübarizədə fəal və qətiyyətli olmalıdır. Fəaliyyətlərində qaraguruhçuluq, ləyaqətsizlik, şər və böhtan olan bu ünsürlərə layiq olduqları yer göstərilməli və azərbaycanlı adına ləkə gətirən destruktiv qüvvələr ifşa edilməlidir.

ƏvvəlkiAzərbaycan Ordusunun artilleriya bölmələri cəbhədə atəş mövqelərini tutaraq döyüş atışlarını icra edib – VİDEO
NövbətiDYƏT Baş Direktorlar Konfransının XXXIV iclası keçirilir