İranın Sistan və Bəluçestan vilayətində etiraz aksiyaları ölümlə nəticələnib

Bu gün İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Zahidan şəhərində etiraz aksiyaları nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə cümə günü İranın Sistan və Bəluçestan vilayətinin valiliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Zahidan şəhərində keçirilən etiraz aksiyalarında silahlı toqquşma qeydə alınıb.