İrandakı insanları güllələyən terrorçu belə tutuldu

Ötən gün İranın cənubunda yerləşən Fars vilayətinin Şiraz şəhərində Şahçerağ ziyarətgahında terror aktının və terrorçunun tutulması kadrları yayımlanıb.

Trend-in məlumatına görə, terror aktında 15 nəfərin öldüyü, 19 nəfərin yaralandığı bildirilir.

Sosial şəbəkələrdə terrorçunun hadisəni törətmə və həbs olunma görüntüləri yayılıb.