İranda zenit-raket kompleksinin buraxılması partlayışa səbəb olub

İran Hava Hücumundan Müdafiə Qüvvələri Natanz bölgəsində partlayışa səbəb olan sınaq atışlarını təsdiqləyib.

“Report” İRNA-ya istinadən xəbər verir ki, Natanzda raket sistemlərindən biri döyüş hazırlığını qiymətləndirmək üçün sınaqdan keçirilib.

“Narahatlığa heç bir əsas yoxdur”, – məlumatda deyilir.

İRNA-nın məlumatına görə, partlayışın yaxınlıqdakı nüvə obyekti ilə heç bir əlaqəsi yoxdur. Hadisə nəticəsində insan itkisi və dağıntı olmadığı qeyd edilir.