İranda zəlzələ nəticəsində 20-dən çox insan xəsarət alıb

İranın Lorestan vilayətində 5,1 gücündə zəlzələ baş verib.

AZƏRTAC İranın dövlət televiziyasına istinadla xəbər verir ki, zəlzələnin episentri yerin 7 kilometr dərinliyində olub və qonşu vilayətlərdə də hiss edilib.

Zəlzələ nəticəsində ölən olmasa da, 25 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Evlərə və inzibati binalara da zərər dəyib.