İranda qaz partlayışı nəticəsində bina uçub, xəsarət alanlar var

İranın Təbriz şəhərində beşmərtəbəli binada partlayış baş verib.

“Report” bu barədə “Tasnim” agentliyinə istinadən xəbər verir.

Təbriz Yanğından Mühafizə İdarəsinin Əməliyyat İdarəsinin rəis müavini Əkbər Dəşti bildirib ki, binanın uçmasına qaz partlayışı səbəb olub, lakin binanın çökmə səbəbi araşdırmalar başa çatdıqdan sonra rəsmi açıqlanacaq.

Dəşti dağıntılar altında qalan bina sakinlərinin sayının hələlik məlum olmadığını qeyd edib.