İranda koronavirusdan ölənlərin sayı 110 minə yaxınlaşır

İranda koronavirusa yoluxma və ölün halları nisbətən azalsa da virusun yayılması davam edir.

AZƏRTAC İranın Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya istinadla xəbər verir ki, san 24 saat ərzində ölkə ərazisində 27 min 621 nəfər koronavirusa yoluxun, 561 nəfər isə bu xəstəlikdən həyatını itirib. Bununla da yoluxanların ümumi sayı 5 milyon 83 min 133 nəfərə, ölənlərin ümumi sayı isə 109 min 549-a çatıb. Bununla yanaşı 4 milyon 302 min 11 nəfər müalicə alaraq sağalıb. Hazırda ölkə üzrə xəstəxanalarda müalicə alan 7 min 795 xəstənin vəziyyəti ağır olaraq qalır.