İranda baş verən zəlzələ Naxçıvanda hiss edilib

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 21:57-də Naxçıvan stansıyasından 78 km cənub-qərbdə Iran ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə Trend Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Yeraltı təkanların ocağı 5 kilometr dərinlikdə yerləşib. Zəlzələ Naxçıvan MR-da 3-4 bala qədər hiss olunub.