İran bəzi turistlərin pasportuna möhür vurmayacaq

Bəzi Avropa ölkələri üçün İran viza möhürünün pasportlara vurulması problemi həll olunub.

Bunu İranın Turizm Agentlikləri Birliyinin sədri Hörmətullah Rəfii deyib.

Onun sözlərinə görə, Avropanın bəzi ölkələrində vətəndaşların pasportlarına İran möhürü vurulduqda onların ABŞ-la ticarət mübadilələrinin qarşısının alınması ilə bağlı narahatlıq vardı.

Trend bildirir ki, artıq bu problem aradan qaldırılıb.