İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində 4-6 sentyabr tarixlərində keçirdiyi monitorinqlər zamanı Suraxanı rayonunda “Ceyhun market”də, “Dostluq market”də, “Lider telekom” mağazasında, “Fədək kafesi”ndə, “Zəfəran kafe”də, “Dönər köşkü”ndə, Sabunçu rayonunda “Sərin kafesi”ndə, “Zəngi kafesi”ndə, Salah Kazımlıya məxsus geyim mağazasında, “Vita” MMC-yə məxsus “Aptek”də, Qaradağ rayonunda Xəlil Əmirxanova, Rövşən Ələkbərova, Rəşad Qocayevə, Ələddin Qəmbərova məxsus pərakəndə ticarət obyektlərində, “Xocahəsən kafe”də, Nizami rayonunda “Nərmin geyim mağazası”nda, “Enjoy geyim mağazası”nda, “Emin mağaza”da, “Magrezza ayaqqabı mağazası”nda, “Şəms çilçiraq mağazası”nda, “Avtomarka ehtiyyat hissələri” mağazasında, “Oba market”də, “Osmanlı mebel” ticarət obyektində, “Qoldent klinika”da, Nəsimi rayonunda “Qaraj kafe”də, “Elit kafe”də, “Köz Halil usta” iaşə obyektində, “Usta Zəki kafe”də, “Kafe Fəvvarə”də, Vüsalə Umarovaya məxsus dəftərxana və ofis ləvazimatları mağazasında, Səbail rayonunda “Üç alma market”də, “Starmart” mağazasında, “Al market”də, “Grace terrace restoran”da, “Moon crov Baku restoran”da, “Kafe kabab house”da, “Dərya restoranı”nda, “Elderado restoranı”nda, “Armudu kafe”də, “Avis aptek”də, Xəzər rayonunda “Davud market”də, “Kafe 3 boçka”da, Səfxan Xamayevə məxsus iaşə obyektində, Binəqədi rayonunda “Alov şirniyyat evi”ndə, “Restoran Zirinc”də, “Biləv mağazası”nda, “Cirə restoranı”nda, “Garden restoran”da, “Park Çinar kafesi”ndə, Xətai rayonunda “24 saat market mağazası”nda, “Pub Sarayevo”da, “Qokush restoranı”nda, “Bagda restaurant”da, “Məkan kafe”də, Yasamal rayonunda “Ekonom geyim mağazası”nda, “Yol market”də, “Emsan məişət əşyaları” mağazasında, “Apelsin market”də, “Ləziz kafe”də, “Qədim Şəki kafe”də, “999 kafe”də, “Türkan kafesi”ndə, Nərimanov rayonunda “Cənnət mağazası”nda, “İvanovka” mağazasında, “Dvorik kafe”də, “Bəyaz restoran”da, “Şah lahmacun”da, “Osmanlı restoranı”nda, Abşeron rayonunda “Bol market”də, “Uğur kafe-restoran”da, Sumqayıt şəhərində “Avropa malları mağazası”nda, “Restart telefon mağazası”nda, “Ucuz market”də, “Təngaltı çay evi”ndə, “Şah dönər”də, Asim Babayevə məxsus iaşə obyektində, ümumilikdə, 396 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.
Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən bildirilib.
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.