İordaniya şirkəti Azərbaycanla birgə tank əleyhinə silah istehsalına başlamaq istəyir

İordaniyanın “Jadara Equipment & Defense Systems” şirkəti Azərbaycanla birgə tank əleyhinə silah istehsalına başlamaq niyyətindədir.

Bunu şirkətin meneceri Valid Rabab Trend-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, birgə müəssisənin İordaniyada yaradılması nəzərdə tutulur, istehsal prosesinin başlayacağı tarix hələlik məlum deyil.

O, həmçinin qeyd edib ki, şirkət hazırda tank əleyhinə silahların nümunələrini istehsal edir.