İnteraktiv Elm Muzeyinə ekskursiya təşkil olunacaq

Avqustun 27-28-də mühəndis-layihəçi Elçin Abbasovun təsis etdiyi İnteraktiv Elm Muzeyinə ekskursiya təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, muzeyi ziyarət edən ekskursiyaçılar elmin ancaq testlərdən ibarət olmadığını və həyatın suallarına cavab olduğunun şahidinə çevriləcək. Sənaye inqilabının təməlini qoyan buxar mühərrikindən tutmuş, ən müasir ion mühərrikini işlək vəziyyətdə görəcək. Elktromaqnetizmi, Arximed qanununu, Tesla babinini, vakumun təsirini, işığın və səsin xüsusiyyətlərini və bir çox fiziki anlamları təcrübələrdə testdən keçirə biləcək.

İnteraktiv Elm Muzeyində 150-dən çox eksponat var.