İntellektual texnologiyaların tətbiqi ilə uşaqların internetdə qorunması metodları işlənilib

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda informasiya təhlükəsizliyinin təmin olunması problemi üzrə tədqiqatlar aparılıb.

AZƏRTAC xəbər verir ki, bu problem üzrə intellektual texnologiyaların tətbiqi ilə uşaqların internetdə qorunması metodları işlənilib. İnternetdə uşaqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə ziyanlı informasiyanın qarşısının alınması üçün konseptual model təklif olunub. İnternetdə uşaq və yeniyetmələrin uyğun olmayan şəkillərdən qorunması məqsədilə fotoların sanitarizasiyanı həyata keçirən yeni metod işlənilib, eləcə də müvafiq qanunvericilik aktlarından irəli gələn texnoloji vəzifələr müəyyənləşdirilib.