İnqilabi qərar: Xərçəngin müalicəsi artıq pulsuzdur – Video

Türkiyədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xərçəngin müalicəsi, cərrahiyyəsi və dərmanı üçün hər cür qiymət və fərqli ödənişləri ləğv edib.

Türk.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Jülidə Sarıəroğlu məlumat yayıb. O, vətəndaşların xərçəngdən müalicəyə görə heç bir ödəniş etməyəcəklərini bildirib:

“Daha əvvəl xərçəngin cərrahiyyəsi üçün ildə 240 milyon lirə ayırırdıq, son dəyişikliklə bu rəqəmi təxminən 750 milyon lirəyə qaldırdıq. Bununla da xərçəng xəstələrimizin müalicəsini tamamilə pulsuz etdik”.

Səhiyyə naziri Əhməd Dəmircan da xərçəng xəstələrinin dövlət və özəl xəstəxanalarda pulsuz müalicə olunacaqlarını deyib.