İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 318-ə çatıb

İndoneziyada baş verən 5,1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 318 nəfərə çatıb.

Trend xəbər verir ki, bu barədə şənbə günü İndoneziyanın Təbii Fəlakətlərə Qarşı Mübarizə üzrə Milli Agentliyindən bildirilib. Daha əvvəl 310 nəfərin öldüyü bildirilirdi.

Məlumata əsasən, 7,7 mindən artıq insan xəsarət alıb, 14 nəfər isə itkin düşüb.

Zəlzələnin nəticələri ilə əlaqədar 73 mindən artıq insan hələ də öz evinə qayıda bilmir.

Xatırladaq ki, İndoneziyanın Yava adasında noyabrın 21-də 5,1 bal gücündə zəlzələ baş verib.