İndoneziyada baş vermiş zəlzələdə 56 nəfər ölüb, 100 nəfər itkin düşüb

İndoneziyanın Yava adasında baş vermiş zəlzələ qurbanlarının sayı 56 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İndoneziyanın “Kompas” qəzeti məlumat yayıb.

Hazırda 100-dən çox insanın itkin düşdüyü bildirilir.

Son məlumatlara görə, xəsarət alanların sayı 700 nəfəri ötüb, onların əksəriyyətinin vəziyyəti ağırdır.