İndoneziya sahillərində 5,3 bal gücündə zəlzələ olub

İndoneziyanın Sumatra adasının sahillərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, zəlzələnin episentri Benkulu şəhərindən 176 kilometr şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı 67 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.

ƏvvəlkiPrezident İlham Əliyev Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində olub
NövbətiHindistanda 5,5 bal gücündə zəlzələ olub