İmtahanın son günündə maksimum bal

İyulun 24-də Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq istəyən namizədlər imtahan veriblər. Bu fənn üzrə müəllimliyə namizəd olan Azərbaycan Dillər Universitetinin məzunu Gülnar Hümbətova və Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu Süsən Məmmədova yüksək nəticə göstərərək 60 bal toplayıblar.

Xatırladaq ki, kimya fənni üzrə keçirilən imtahanlarda namizədlərdən Aidə Sadıqova 60 bal toplayaraq maksimum nəticə göstərib.