İmişlidə daha bir məmur nöqsanlara görə vəzifədən çıxarıldı

Ötən gün İmşlidəki mənbədən Conflict.az-a daxil olan məlumatda bildirilir ki, Ədliyyə nazirliyinin bir müddət əvvəldən başladığı yoxlamaların nəticəsi olaraq, İmişli rayon icra şöbəsinin rəisi Əliyev Vilayət Kamal oğlu işdə yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən azad edilib. Xatırladaq ki, son bir ildə aparılan yoxlamaların nəticəsi olaraq İmişlidə rəsmi dövlət qurumunda baş verən artıq ikinci haldır. Ötən il rayonun Mədəniyyət və Turizm idarəsinin rəisi Süleyman Bəşirovda dövlət əmlakını mənimsəmə faktına görə görəvindən alınmış, hətta bir neçə ay öncə həbs olunması xəbəri də yayılmışdı.

Mövzuya qayıdacağıq.

Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində mövqelərini dərc etməyə hazırdır.

//conflict.az/gundem/82325-imishlide-daha-bir-memur-noqsanlara-gore-vezifeden-chixarildi.html