İmam əhlinə “Tarla”dan məktub

Ey Allahın elçisidir deyib Məhəmməd uğruna qan tökənlər. Ey “müsibətimizdir” deyib düz on dörd əsrdir tanımadığı bir ərəbin yolunda şivən qoparıb, sinə cırıb, baş yaranlar. Ey heç səbəbini bilmədən “cihad” deyib ancaq xəritədə gördüyü ölkəyə şəhid olmağa gedənlər. Ey bizim dinimizdə məcburiyyət yoxdur deyənlər. Nədir sizi narahat edən? Onsuz sizin müqəddəs kitabınızda biz qadınların tarladan başqa bir fərqi yoxdur?! Gecənin zülməti qara çadraya bürüərək ancaq övlad dünyaya gətirib sizin hevani ehtiyaclarınızı ödəmək üçün alət olan qadının fikri niyə narahat etdi sizi? ( Qadınlarınız sizin tarlanızdır. Tarlanıza nə təhər istəyirsinizsə, yaxınlaşın. Özünüz üçün qabaqcadan (yaxşı işlər) hazırlayın. Allahdan qorxun və bilin ki, siz Onunla qarşılaşacaqsınız. Möminləri müjdələ.) Heç bir dəfə fikrini soruşdunuzmu? Onun da istəkləri, arzuları xəyalları olduğunu heç düşündünüzmü? Heç bir dəfə soruldumu ona? Elə isə mən deyim: Bir qadının əxlaqı, dünya görüşü onun başının bağlı olub olmaması ilə ölşülmür. Bir qadının mövcudluğu onun cəmiyyətə, tarixə verdiyi tövhələrlə dəyərləndirilir. Azmı olub bir çox dövlətin, bir toplumun taleyində köklü dəyişikliklər edən qadınlar?

Niyə mən tarixdə peyğəmbər adlandırdığınız Məhəmmədin qızı olmaqdan başqa heç bir məqama sahib olmayan Həzrəti- Fatiməni təbliğ etməliyəm, niyə hansısa ərəb Aişəyə anam deməliyəm? Nə edib mənim üçün o?

Mənim həzrətim Sara-xatundur ki, bütün şərq dünası hələ də onu ilk diplomat qadın kimi qəbul edir. Mənim anam Sultanım xatundur ki, gənc yaşında əri Şah İsmayılı itirməsinə baxmayaraq özünü itirmədi, oğlu I Təhmasibi taxta oturdaraq onun vəkaləti ilə o böüklükdə xanədanı idarə edirdi. Tomrisdir. O Tomris ki, dövrü üçün böyük təhlükə olan II Kirin başını ayaqlar altına atdı. Bu günkü gündə Azərbaycanı xarici arenada laiqincə təmsil edən, onlarla xəstəni fond hesabına müalicə etdirən Mehriban Əliyevanın mövludunu qeyd edirəm mən. Məhəmmədi qoyun sürüləri həvalə edən Xədicənin yox.

On dörd əsrdir üzünü belə görmədiyiniz, bu vətən üçün əlini belə tərpətməyən bir ərəbdən yana sinə döyürsüz. “İmam Hüseyn müsibətinə”, “Əbülfəz ağanın kəsilmiş qollarına” and içənlər, bilin və ağah olun!!! Mənim müsibətim Xocalıdır. Mənim müsibətim Mart soqırımıdır. Mən mənə aidiyyatı olmayan imamları ağlamıram. Mən qarlı, soyuqda Xocalı düzündə buz heykələ dönmüş körpələrimi, analarımı, babalarımı ağlayıram. Sovet rejminin manqurtlaşma siyasətinə baxmayaraq tarixin dumanlarında itməyən 1918-ci il soyqırım qurbanlarını ağlayıram.

Mən min bir müsibətlə böyütdüyüm oğlumun uzaq Suriya çöllərindən gələn “Şəhid oldu” xəbərini gözləmək istəmirəm. Mən oğlumu əzəli və əbədi türk torpağı olan İrəvana bayraq sancacaq arzusu ilə tərbiyə edib böyüdürəm.

Mən qızımı hicablara bürünüb hansısa bir kişiyə müəyyən başlıq qarşılığı dəyərində satılacağını gözləməsi üçün dünyaya gətirmədim.(Əhzab-50, Nisa-24) Mən onu hansı sənətə yiyələnirsə yiyələnsin, insan olsun deyə böyüdürəm. İnsanları irqinə, maddi durumuna, xarici görünüşünə, dini baxışına görə yox, insan olduğu üçün sevməyi öyrədirəm.

Mən Vətənimi Surianın, Fələstinin, Əfqanıstanın günündə görmək istəmirəm. Mən istəmirəm hər səhərlər yaxınlarım bomba səsləri ilə ayılsın. İstər H.Əliyev, (Gəncə, Lənkəran hadisələri 1993) istərsə də onun laiqli davamçısı İ.Əliyev anarxiyanı, özbaşnalığı aradan götürərək sabitlik yaratmaq üçün illərini xərcləyiblər.(Nardaran, Gəncə hadisələri ) Azərbaycanı dünya çapında tanıtmağa nail olublar. Mənim ər babalarım Şərqdə ilk parlamentli respublikanı quraraq qadına seçmək, seçilmək hüququnu verdilər ki, cəhalət tüstüsündə boğulanlar ayılsın.

Mən Gəncə hadisələrinin, Nardaran hadisələrinin Azərbaycanda təkrarlanmasını istəmirəm!!! övladlarımıza xürafat yox, elm öyrədilsin istəyirəm.

Pərvin Abışova /Pressdent.az/