İlk nüvə sınağını əks etdirən görüntü bərpa edilib – VİDEO

ABŞ-ın Nyu-Meksiko ştatındakı Alamoqordo poliqonunda 1945-ci ilin iyul ayının 16-da keçirilən dünyanın ilk nüvə bombası sınaqlarını əks etdirən görüntülər bərpa işlərindən sonra “YouTube”də yerləşdirilib.

Millətçilik.az xəbər verir ki, təqribən, 21 kiloton trotilə bərabər olan partlayış nəticəsində yaxınlıqdakı qüllə dağılmış, ətrafındakı asfalt örtüyü isə ərimişdi.

Sözügedən bomba cəmi üç nüvə bombasının yaradılmasını ehtiva edən və 1939-1946-cı illər ərzində həyata keçirilmiş “Manhattan layihəsi” çərçivəsində hazırlanıb. Digər bombalar Yaponiyanın Hirosima və Naqasaki şəhərlərinə atılıb.