İlbər Ortaylı Bakıda pulsuz mühazirə deyəcək

Məşhur elm adamı Bakı Kitab Mərkəzində kitab imzalayacaq.

Bilge.az xəbər verir ki, aprelin 15-də, saat 18:30-da «Tarixlə üz-üzə» layihəsi çərçivəsində Bakı Kitab Mərkəzində görkəmli türkiyəli tarixçi alim, professor İlbər Ortaylının “Türklərin qızıl dövrü” adlı kitabının təqdimatı və müəlliflə görüş keçiriləcək.

Tədbirə giriş ödənişsizdir. “Türklərin qızıl dövrü” kitabını müəllifin imzasıyla əldə etmək istəyənlər kitabı Bakı Kitab Mərkəzindən sabahdan etibarən ala bilərlər. “Türklərin qızıl dövrü” kitabının qıyməti 12 azn təşkil edir.