İdmançılarımız bu ilin ilk 3 ayında beynəlxalq yarışlarda 107 medal qazanıblar

Azərbaycan idmançılarının bu ilin ilk 3 ayında nüfuzlu beynəlxalq yarışlarda əldə etdiyi medalların sayı açıqlanıb.

AZƏRTAC Gənclər və İdman Nazirliyinə istinadla xəbər verir ki, ilin birinci rübündə ümumilikdə 107 medal qazanılıb. Bunun 38-i qızıl, 25-i gümüş, 44-ü isə bürünc mükafatdır.

Qeyd edək ki, Azərbaycan idmançıları mart ayında keçirilmiş beynəlxalq yarışlardan isə 70-dək medalla qayıdıblar.

ƏvvəlkiAzərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı qəbul edib
NövbətiAİ-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı 1 milyonluq mənimsəmədə ittiham olunur