İctimai birlik regionlarda korrupsiyanın araşdırılması layihəsini həyata keçirir

“İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyi “Kommunal sahədə korrupsiyanın səbəbləri və  xüsusiyyətlərinin öyrənilməsi” layihəsini uğurla davam etdirir.

Fevralın 1-dən start götürən layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Layihə Siyəzən və Şabran rayonlarını əhatə edir.

“İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyi “Kommunal sahədə korrupsiyanın səbəbləri və xüsusiyyətlərinin öyrənilməsi” layihəsi

Martın 30-da Siyəzən rayonunun Mədəniyyət Evində ilk Dəyirmi Masa keçirildi. Tədbirə yerli sakinlər, bələdiyyə üzvləri, kommunal sahədə çalışan işçilər və rayon icra hakimyyətinin nümayəndələri iştirak etdilər. Tədbiri layihə rəhbəri Şaban Nəsirov açaraq, rayon icra hakimyyətinə, xüsusilə təşkilatçılıqda dəstək göstərən icra nümayəndəsi Günel xanıma təşəkkürünü bildirdi.

Ş“İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyi “Kommunal sahədə korrupsiyanın səbəbləri və xüsusiyyətlərinin öyrənilməsi” layihəsiaban Nəsirov bildirdi ki, kommunal sahəyə aid olan qurumların işi çox ağır və məsuliyyətlidir. İlin bütün fəsillərində, daimi fəaliyyət göstərirlər. Hər gün onlarla vətəndaşla kontakta olurlar. Bu isə kommunal sahə işçilərin məsuliyyətini artıran amildir. Bilməlidirlər ki, hər bir vətəndaşla qanunlar çərçivəsində və humanist münasibət qurmalıdırlar. Çox təəssüf ki, bu bəzən belə olmur və ortaya neqativ hallar çıxır. Kommunal sahədə çalışan işçilərin kiçik məsuliyətsizliyi gələcəkdə obonent üçün ciddi problemlər yarada bilər.  Su, qaz və elektrik enerjisi ilə təminat hökümətin nəzarətində olduğundan və alternativ qurumlar olmadığından vətəndaşların seçim imkanları yoxdur. Qanunvericilik və kommunal sahənin idarəetmə mexanizimlərinin mürəkkəb olması rüşvətə və korrupsiyaya yol açır. Hökumət bu sahədə korrupsiyaya qarşı mübarizə aparmaq üçün müxtəlif tədbirlər görür. Bu mübarizənin nəticəsidir ki, son illər kommunal sahədə irələyişlər gözə çarpır.

“İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyi “Kommunal sahədə korrupsiyanın səbəbləri və xüsusiyyətlərinin öyrənilməsi” layihəsiDaha sonra layihə rəhbəri Şaban Nəsirov bildirdi ki, korrupsiyaya qarşı mübarizəni gücləndirmək üçün cənab Prezident İctimai İştirakçılığın gücləndirilməsinin vacibliyini dönə-dönə qeyd edir. Həm də bu istiqamətdə əməli addımlar atır. Bütün bu addımların nəticəsidir ki, bu il dövlət qurumlarnın yanında fəaliyyət göstərən İctimai Şuralar daha aktivdir. Onlar vətəndaşların problemləri ilə daha yaxından maraqlanıb, həllinə kömək göstərirlər. Həmçinin layihə rəhbəri özünün də “Azərqaz” İB yanında İctimai Şuranın üzvü olduğnu bildirdi və gördükləri işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi.

“İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyi “Kommunal sahədə korrupsiyanın səbəbləri və xüsusiyyətlərinin öyrənilməsi” layihəsiSonra tədbir iştirakçıları kommunal sahədə üzləşdikləri problemləri dilə gətirdilər. Şikayətlər daha çox təbii qaza tətbiq olunan limit, sahənin işçilərnin kobud davranışı, su qıtlığı və qaz, su və elektrik enerjisinin taariflərinin yüksək olması ilə bağlı olub.

İcra nümayəndəsi Günel xanım da öz növbəsində kommunal sahədə yaranan problemlərin həllinə yardımçı olmağa, bu yöndə üzərlərində düşən öhdəlikləri yerinə yetirməyə çalışdıqlarını bildirdi.

Sonda tədbir iştirakçıları ilə çay süfrəsi arxasında müzakirələr aparılıb.