I MDB Oyunları: Ermənini məğlub edən idmançı bayraqdar olub

Rusiyanın Kazan şəhərində keçiriləcək I MDB Oyunlarının açılış mərasimində Azərbaycan komandasının bayraqdarı bəlli olub.

“Report”un məlumatına görə, bayrağı yunan-Roma güləşçisi Həsrət Cəfərov daşıyacaq.

Qeyd edək ki, 67 kq çəki dərəcəsində çıxış edən idmançı ötən həftə Rusiyanın digər şəhəri – Ufadakı gənclərin dünya çempionatının finalında erməni rəqibinə qalib gələrək qızıl medal qazanıb.

I MDB Oyunlarının açılış mərasimində pandemiya ilə əlaqədar olaraq, hər ölkədən yalnız 30 nəfər idmançının iştirakı nəzərdə tutulur. Yarış 4 – 11 sentyabrda təşkil olunacaq.