18 oktyabr – humanitar atəşkəsin birinci günü, saat 00:00-dan etibarən Ermənistan silahlı qüvvələri mülki şəxslərə və mülki obyektlərə raket zərbəsi endirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün rəsmi Tvitter hesabında yazıb:
“5 bölgəyə 229 mərmi atılıb: Tərtərə 160, Ağdama 63, Goranboya 6;
– 3 raket hücumu: 1 Xızı rayonuna, 2 Ağcabədidəki Poladlı kəndinə;
– 1 dron hücumu”.