Hindistanın vitse-prezidenti istefa verib

Hindistanın vitse-prezidenti Caqdip Dhankhar istefa verib.

“Report” xəbər verir ki, o, mətbuat xidməti vasitəsilə müvafiq açıqlama yayıb.

“Sağlamlığımı prioritetləşdirmək və həkimlərin tövsiyələrinə əməl etmək üçün mən Hindistanın vitse-prezidenti vəzifəsindən istefa verirəm”,- deyən Dhankhar prezidentə, baş nazirə, parlamentə və Nazirlər Kabinetinə birgə fəaliyyətlərinə görə təşəkkürünü bildirib.

Dhankharın avqustda 74 yaşı tamam olacaq. O, 2022-ci ilin avqustunda vitse-prezident vəzifəsini icra edib. Siyasətçi bu yaxınlarda Dehlidəki Bütün Hindistan Tibb Elmləri İnstitutunda angioplastika əməliyyatı keçirib.

Vitse-prezident eyni zamanda parlamentin yuxarı palatasının sədri vəzifəsini də icra edir. Hindistanın vitse-prezidenti dolayı yolla parlamentin hər iki palatasının nümayəndələrindən ibarət seçicilər kollegiyası tərəfindən gizli səsvermə yolu ilə seçilir. Səlahiyyət müddəti beş ildir.

ƏvvəlkiPrezident milli mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələrini təltif edib
NövbətiBritaniya Rusiyanın “kölgə donanması”na qarşı yeni sanksiyalar tətbiq edib