Hindistan ABŞ-nin Rusiya neftinin idxalına görə tətbiq etdiyi yeni rüsumları qınayıb

Hindistanın Xarici İşlər Nazirliyi Rusiya neftinin tədarükünə cavab olaraq ABŞ-nin Hindistan mallarına əlavə rüsumlar tətbiq etməsinə münasibət bildirib və bu cür hərəkətlərin ədalətsiz, əsassız olduğunu açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi Hindistan Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

“ABŞ bu yaxınlarda Hindistanın Rusiyadan neft idxalını hədəfə alıb. Biz artıq bu məsələ ilə bağlı mövqeyimizi açıq şəkildə bildirmişik, tədarükümüzün bazar prinsiplərinə əsaslandığını və 1,4 milyard Hindistan vətəndaşının enerji təhlükəsizliyini təmin etməyə yönəldiyini vurğulamışıq”, – nazirliyin bəyanatında deyilir.

Diplomatlar öz maraqları naminə oxşar siyasət yürüdən digər ölkələrin fonunda Vaşinqtonun 25 %-lik yeni tariflər tətbiq etmək qərarından təəssüfləndiklərini bildiriblər.

“Hindistan öz milli maraqlarını qorumaq üçün bütün lazımi tədbirləri görəcək”, – nazirlikdən vurğulanıb.

ƏvvəlkiZelenski Trampla müharibənin dayandırılmasını müzakirə edib
NövbətiZelenski Trampla telefon danışığının təfərrüatlarını açıqlayıb