Hikmət Hacıyev Prezident Administrasiyasının şöbə müdiri təyin edilib

Prezident İlham Əliyev Hikmət Hacıyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Hikmət Fərhad oğlu HacıyevAzərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, H.Hacıyev 2014-cü ildən bu il sentyabrın ortalarına qədər Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri vəzifəsini tuturdu. Sentyabr ayında isə o, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini təyin edilmişdi.