Hikmət Hacıyev: Ermənistanın mülki əhalini atəşə tutması nəticəsində daha 1 nəfər yaralanıb

Ermənistan silahlı qüvvələri humanitar atəşkəsə açıq şəkildə əməl etməyərək Azərbaycanın Tərtər, Ağcabədi, Ağdam və digər rayonlarını atəşə tutublar. Nəticədə 1 dinc sakin yaralanıb.

Trend xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Tvitter” hesabında bildirib.