Heydər Əliyev Mərkəzində keçiriləcək mədəni-kütləvi tədbirlər təxirə salınıb

Heydər Əliyev Mərkəzində keçiriləcək mədəni-kütləvi tədbirlər təxirə salınıb.

Bu barədə Trend-ə Heydər Əliyev Mərkəzindən məlumat verilib.

“Sentyabrın 12-də gecə saatlarından etibarən Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdikləri genişmiqyaslı təxribat nəticəsində baş verən döyüş toqquşmasında Azərbaycan Silahlı Qüvvələri sırasında şəhidlərimizin olması ilə əlaqədar Heydər Əliyev Mərkəzində və Mərkəzin parkında keçirilməsi nəzərdə tutulan mədəni-kütləvi tədbirlər, o cümlədən sentyabrın 17-18-inə planlaşdırılan “Art Festival” təxirə salınıb.

Allah şəhidlərimizə rəhmət eləsin!”, – açıqlamada deyilir.