Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakı Zooloji Parkında pələng balasının doğulması ilə bağlı paylaşım edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rəsmi “instagram” səhifəsində Bakı Zooloji Parkında pələng balasının doğulması ilə bağlı paylaşım edib.

Trend xəbər verir ki, paylaşımda deyilir:

“Bakı Zooloji Parkının tarixində ilk dəfə! Pələng ilində dünyaya gələn dişi pələng balası – Nur.

Bu balanın dünyaya gəlməsi bizim üçün möhtəşəm hadisədir, çünki pələnglər digər məməlilər kimi sürətlə çoxalmır. Təbiətdə pələnglərin nəsli kəsilmək üzrədir və hal-hazırda 4000-dən az fərd qalıb.

Bala hal-hazırda karantində, baytar həkim və zoopark əməkdaşlarının mütəmadi nəzarəti altında saxlanılır və daha sonra valideynlərinə qovuşacaq”.