Hazırkı dövrədək Azərbaycanda vurulan vaksin dozalarının ümumi sayı 4 milyona yaxınlaşıb

İyulun 8-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 53 min 478 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 21 min 166, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 32 312 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 964 min 102-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 417 min 173, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 546 min 929 nəfərdir.