Hazırda Azərbaycanın dövlət qurumlarına “Microsoft”un lisenziyaları paylanır

“Dövlət orqanlarının proqram təminatlarının lisenziyalaşdırılması prosesi artıq başlayıb. Bununla əlaqədar olaraq ötən ilin iyul ayında “Microsoft” və Azərbaycan hökuməti arasında müqavilə imzalanıb”. Bunu “Report”a “Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov deyib.

S.Həşimovun sözlərinə görə, hazırda lisenziyalar dövlət qurumlarına paylanır:

“Operator qismində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi seçilib. Çünki, onların parkı bu prosesə daha yaxşı hazırdır. Hazırda lisenziyalar həm paylanır, həm də lokal resursların, peşəkarların hazırlanması prosesi davam edir”.

“Microsoft” rəsmisi lisenziyaların verildiyi qurumların adını açıqlamayıb.