“Harri Potter”in aktyoru vəfat edib

Britaniyalı aktyor Robbi Koltreyn vəfat edib.

AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, o, 72 yaşında dünyasını dəyişib.

Məşhur aktyor “Harri Potter” film seriyasında “Haqrid” personajını canlandırıb. Aktyor ötən əsrin sonlarında “Parıltılı Qordon”, “Mona Liza”, “Qızıl Göz”, “Alisa möcüzələr ölkəsində” filmlərində də rol alıb.

Dostları Robbinin artıq çəkidən əziyyət çəkdiyini bildiriblər. Onların sözlərinə görə, o, son illər əlil arabasında gəzirmiş.

Onun ölümünün səbəbi hələlik məlum deyil.