Hadrut qəsəbəsi və bir neçə kənd işğaldan azad edilib

Azərbaycan ordusu bir neçə yaşayış məntəqəsini işğaldan azad edib.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

O bildirib ki, bu sıraya Hadrut qəsəbəsi və bir neçə kənd daxildir.

Belə ki, Hardrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorəzilli kəndi, Qışlaq kəndi, Qaraçaylı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi Ermənistanın hərbçilərinin işğalından azad olunub.