Hacıqabul stansiyasında yeni yoldəyişənlər quraşdırılır

Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Türk.az-a verdiyi məlumata görə Hacıqabul stansiyasında yeni yoldəyişənlər quraşdırılır.

Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir.

Xatırladaq ki, ilk belə yoldəyişən 9 sentyabr  2016-cı ildə quraşdırılıb və bu günə kimi 174 yoldəyişən yenisi ilə əvəz olunub.

Hazırda Hacıqabul stansiyasında 6 ədəd yeni yoldəyişən qurğu quraşdırılır.  İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi  MMC-nin kollektivi həyata keçirir.