Hərbi topoqraf və hidroqrafların elmi-praktik konfransı keçirilib

2019-cu tədris ilinin hazırlıq planına əsasən hərbi topoqraf və hidroqrafların “Azərbaycan Ordusunda vahid koordinat sisteminə keçidin təmin edilməsi və coğrafi informasiya sistemlərinin tətbiqi perspektivləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

Müdafiə Nazirliyi Naviqasiya və Kartoqrafiya İdarəsi tərəfindən təşkil edilən konfransda Azərbaycan Ordusunun silahlanmasına qəbul edilmiş müasir silah və hərbi texnikanın strateji və taktiki xüsusiyyətlərinin əhəmiyyəti və onların idarəetmə sistemlərində uğurla istifadə edilən rəqəmli, vektor xəritələrin və coğrafi informasiya sistemlərinin effektivliyi qeyd olunub.

Tədbirdə fotoqrafik işlər və geodeziya ölçmələri zamanı yeni texnologiyaların istifadəsi, müxtəlif proyeksiyalı və koordinat sistemli xəritələrin hazırlanması prosesində müasir proqram təminatının tətbiqi və vahid koordinat sisteminə keçid barədə brifinqlər təqdim olunub.