Gürcüstan və Qazaxıstan yığmaları arasındakı oyunda dava düşüb – VİDEO

Gürcüstan və Qazaxıstanın amerikan futbolu üzrə milli komandalarının yoldaşlıq oyununda qalmaqal baş verib.

“Report” sports.kz saytına istinadən xəbər verir ki, Tbilisidə “Setanta Sports Georgia” telekanalının canlı yayımladığı matçın sonlarında 14:22 hesabı ilə məğlub durumda olan meydan sahibləri dava salıblar və qonaq oyunçuları döyüblər.

Nəticədə hakimlər Gürcüstan yığmasının hesabından 2 xal silib və görüş Qazaxıstan millisinin 22:12 hesablı qələbəsi ilə yekunlaşıb.

Matç başa çatandan sonra meydan sahibləri arenada Qazaxıstanın dövlət himnini səsləndirməyi lazım bilməyiblər. Üstəlik, Gürcüstan saytlarından oyunun görüntüləri silinib.