Gürcüstan Prezidenti: “Novruz sülh və ümid rəmzidir”

“Novruz sülh, yenilənmə, ümid və gələcək rəmzidir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili tvitter səhifəsində yazıb.

Dövlət başçısı hazırda çətin dövrün olduğunu qeyd edib: “Lakin biz ümidimizi itirməməliyik. Qoy bu gün bunu xatırlatsın. Gürcüstanda və bütün dünyada Novruz bayramını qeyd edənləri təbrik edirəm”.